“Auto Azerbaijan” yenə gömrük qanunvericiliyini pozdu

AVTO 23 iyn 2022, 16:18
"Hyundai” markalı avtomobillərin Azərbaycanda rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Demokrat.az xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Auto Azerbaijan” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, şirkət 2021-ci ilin iyununda da eyni maddə ilə məhkəməlik olub.

Əlavə edək ki, “Auto Azerbaijan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Emil İsmayılovdur. Baş ofisi İstanbulda yerləşən sözügedən şirkət başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.(fins.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top