Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı, xəsarət alanlar var

HADİSƏ 21 iyn 2022, 20:30
Cəlilabad rayonunda fəhlələri əkin sahəsindən daşıyan mikroavtobus "Priora" markala minik avtomobili ilə toqquşub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusda olan, rayonun Uzuntəpə kənd sakinləri - 2001-ci il təvəllüdlü A. Heydərova və 1972-ci il təvəllüdlü H.Ağayeva müayinə məqsədilə Cəlilabad rayon xəstəxanasına müraciət ediblər.

Məlumata görə, mikroavtobusun sürücüsü digər avtomobildə olan şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top