Məşhur futbolçu doğma kəndinin sakinlərinə etdikləri ilə diqqət mərkəzinə düşdü — FOTOLAR

İDMAN 21 iyn 2022, 19:28
Məşhur futbolçu Sadio Mane oyundakı uğurları ilə yanaşı doğulduğu kəndə etdiyi yardımlarla da diqqət mərkəzinə düşüb.

Demokrat.az xəbər verir ki, bu mövsüm "Liverpul"da oynayan 30 yaşlı Mane doğulduğu kəndi heç vaxt unutmur.

Senaqallı futbolçu doğma kəndində 455 min funt sterlinq dəyərində xəstəxana və 250 min funt sterlinq dəyərində bir məktəb tikdirib.

Bununla kifayətlənməyən Mane hər ay kəndlilərə 70 avro və 4 GB internet paketi verir.

Qeyd edək ki, "Liverpul"da uğurlu mövsüm keçirən Mane Münhenin “Bayern” klubu ilə müqavilə imzalayıb.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top