“BMT Baş Assambleyasının 4 dekabr 2000-ci il tarixində qəbul etdiyi qətnaməyə əsasən 20 iyun Beynəlxalq Qaçqınlar Günü qeyd olunur. Hal-hazırda dünya üzrə 89 milyondan yuxarı qaçqın qeydə alınmışdır və bu rəqəm artan templə davam edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib. Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyona yaxın soydaşımız yaşadıqları yurdlarından didərgin düşmüşdür:
“Lakin, münaqişəni həll etməli olan beynəlxalq təsisatlar nəinki, qaçqınların hüquqlarının bərpa olunmasını təmin etmiş, əksinə təcavüzkara maksimum dəstək vermişlər. Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının qarşılanması istiqamətində geniş miqyaslı proqramlar icra etmişdir. Çadır şəhərcikləri ləğv olunmuş, dəmiryolu vaqonlarında və bir çox ictimai obyektlərdə məskunlaşmış vətəndaşlarımız üçün müasir tipli qəsəbələr salınmışdır. Onların cəmiyyətə inteqrasiya olunması üçün hökumət məqsədyönlü siyasət aparmışdır”.
Deputat əlavə edib ki, dünyada gedən geosiyasi rəqabət, beynəlxalq təşkilatların, böyük güclərin beynəlxalq hüququn normalarına ikili standartlardan yanaşması, təbii resurslar uğrunda gərgin mübarizə milyonlarla insanın öz yurdlarından qaçqın düşməsinə səbəb olur:
“Yaxın Şərq, Afrika, Asiya və Latın Amerikasının bəzi ölkələrində baş verənlər, ölkələrin, şəhərlərin yerlə yeksan olunması ilə nəticələnir. Təkcə, Ukraynadan 12 milyondan insan qaçqın düşmüşdür. Bütün bunların olmaması üçün, hər bir vətəndaşımız, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında dəstəyini verməli, yad təsirlərə düşməməlidir”.
Aynurə Pənahqızı
Demokrat.az