Gəncədə yelləncək qırıldı, uşaq yaralandı

HADİSƏ 21 iyn 2022, 10:14
Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.

2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun səhhətinin normal olduğu bildirilir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top