Toylarla bağlı bu qadağa ləğv edilir

SOSİAL 20 iyn 2022, 20:55
2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.

Bu Nazirlər Kabinetinin yeni qərarında öz əksini tapıb.

Belə ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi, həmçinin şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi aradan qaldırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top