Deputat: “Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq”

GÜNDƏM 20 iyn 2022, 13:29
“Bu gün Qlobal Bakı Forumu beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən biri olan təhlükəsizlik mövzusu barədə açıq müzakirələrin aparılması üçün mükəmməl platforma olaraq çıxış edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib. Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyev tədbirdəki çıxışında beynəlxalq təşkilatların və ölkələrin ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxladı:

“Həmçinin, enerji bazarlarındakı vəziyyət, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, iki ölkə arasında sülh razılaşması, Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməsi, Zəngəzur dəhlizinin açılması, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi barədə məsələlərlə bağlı dəyərli fikirlər səsləndirdi. IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin Ermənistana növbəti açıq mesajı ilə yadda qaldı. Cənab Prezident bildirdi ki, Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top