Bayden dünyanın neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırdı

DÜNYA 20 iyn 2022, 00:09
ABŞ prezidenti Co Baydenin administrasiyası dünya üzrə neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırır.

Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qranholm bazar günü CNN-ə müsahibəsində deyib.

"Prezident dünya üzrə bütün istehsalçıları hasilatı artırmağı xahiş edib. Buraya OPEC, bizim yerli neft və qaz istehsalçıları da daxildir", - o deyib.

Qranholm həmçinin gələn həftə ABŞ-ın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşməyi planlaşdırdığını bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top