Conson Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

DÜNYA 19 iyn 2022, 12:52
Dünya Rusiyanın Ukraynaya qarşı uzun sürən müharibəsinə hazırlaşmalıdır.

Demokrat.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.

O qeyd edib ki, Putin hələ də Ukraynanın tam fəthinin mümkün olduğunu düşünə bilər.

Baş nazir vurğulayıb ki, Böyük Britaniya və digər müttəfiqlər Ukraynanın son nəticədə qalib gəlməsi üçün strateji dözümlülüyə malik olmasını təmin etməlidir.

“Vaxt hər şeyi həll edir. Hər şey Ukraynanın öz torpaqlarını müdafiə etmək qabiliyyətini Rusiyanın hücum qabiliyyətini bərpa edə bilməsindən daha tez artırıb-artıra bilməyəcəyindən asılı olacaq”, - deyə hökumət başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top