Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

REGİON 18 iyn 2022, 12:37
“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 33 350 hərbçi təşkil edib”.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, iyunun 18-nə olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1465 tank, 3573 zirehli maşın, 739 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 180 helikopter, 594 operativ-taktiki PUA, 129 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika təşkil edib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin ən böyük itkiləri Slavyansk, Baxmut və Krivoy Roq istiqamətlərində qeydə alınıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top