“Ermənistanın təxribatlarının məqsədi Kəlbəcərdə strateji yüksəklikləri tutmaqdır”

QARABAĞ 17 iyn 2022, 19:02
İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan bu cür təxribatlar törətməklə, 10 noyabr Bəyannaməsini, Brüsseldə əldə olunan razılaşmaları,həmçinin Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara əməl etmir:

“İlk növbədə sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirilməlidir. Bununla bağlı işçi qrupu Bakıda görüş keçirsə də, növbəti görüşün Brüsseldə keçirilməsi gözlənilir. Ermənistanın təxribatlara əl atmaqda məqsədi Kəlbəcər istiqamətində strateji yüksəklikləri tutmaqdır. Hesab edirəm ki, Ermənistanın bu təxribatlarının arxasında əsas bu dayanır. Strateji yüksəklikləri tutmaqla, Ermənistan Azərbaycanı fakt qarşısında qoymaq istəyir və danışıqlarda müəyyən üstünlük əldə etməyə çalışır. Ona görə də, Ermənistanın təxribatlarının arxasında bu dayanır. Düşünürəm ki, onların bu təxribatları davam edəcək. Çünki indiki şərtlər Ermənistanı qane etmir və müəyyən dərəcədə üstünlük əldə etməyə çalışır. Moskva da bu məsələdə müəyyən dərəcədə maraqlı görünür və çalışır ki, bu təxribatları uzatsın, Azərbaycan və Ermənistan arasında hər hansı normallaşma prosesi olmasın. Düşünürəm ki, bu, faydasızdır və Ermənistanın əleyhinə işləyir. Ermənistan hər hansı strateji yüksəkliyi tutmaq gücündə deyil və Azərbaycan ordusu Ermənistanı yerində otuzduracaq. Ermənistan bununla da əldə olunan razılaşmaları pozduğunu göstərir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top