Türkiyənin məşhur yazıçısı Bakıya gəlir — FOTO

ƏDƏBİYYAT 17 iyn 2022, 16:23
İyunun 19-u saat 15:00-da ˝LIBRAFF˝ kitab mağazalarının ˝Park Akademiya˝ filialında Sinan Cananın oxucularla görüşü və imza günü baş tutacaq. 

Bu barədə, Demokrat.az-a “LİBRAFF” kitab mağazalarının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Kitabları sevilərək oxunan müəlliflə görüşə hər bir oxucu dəvətlidir. 

Qeyd edək ki, Sinan Canan ˝Yeni Dünyanın Cesur İnsanı˝, ˝İFA: İnsanın Fabrika Ayarları 1. Kitap – Beden˝, ˝İFA: İnsanın Fabrika Ayarları 2. Kitap – İlişkiler ve Stres˝, ˝İFA: İnsanın Fabrika Ayarları 3. Kitap – Sınırları Aşmak˝, ˝Değişen Beynim˝, ˝Kimsenin Bilemeyeceği Şeyler˝, ˝Unutulacak Şeyler˝ kitablarının müəllifidir.

Görüşün sonunda müəllif oxucuların suallarını cavablayacaq və kitablarını imzalayaraq xatirə fotosu çəkdirəcək.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top