Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçildi

DAXİLİ SİYASƏT 17 iyn 2022, 11:50
Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar layihəsi parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Həmin vəzifəyə deputat Hikmət Məmmədovun namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top