Pələngi sığallamaq istədi, həyatından oldu

DÜNYA 16 iyn 2022, 21:16
Meksikada dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, Meksikadakı özəl heyvanxanaların birində işləyən 23 yaşlı Coze de Cesus adlı gənc yem verdiyi pələngi sığallamağa çalışıb.

Pələng əvvəlcə sakit dayansa da, qəflətən gəncin qolunu qoparıb. Gənc dərhal xəstanaya yerləşdirilib.

Lakin həkimlər çoxlu qan itirən gəncin həyatını xilas edə bilməyiblər.

Özəl heyvanxananın sahibi isə vəhşi heyvanlar saxlamaq üçün bütün qanuni icazələrə sahib olduğunu bildirib. 

Qeyd edək ki, həmin heyvanxanada şir və timsah da saxlanılır.

Malik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top