Bakı Şəhər İcra Hakimiyyəti başçısının çimərliklərdə əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə sakinlərin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə iyunun 15-dən etibarən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində müvəqqəti dəyişikliklər edib.
Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev Demokrat.az-a açıqlamasında bildirib.
“Bunlar 101,107,146,171,172,179,180 və 182 nömrəli müntəzəm marşrut xəttləridir. Artıq bu marşrut xətlərindən istifadə edən sərnişinlər rahat şəkildə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən müvafiq olaraq Türkan, Buzovna, Şüvəlan, Nardaran, Bilgəh, Pirşağı, Zirə, Mərdəkan istiqamətindəki çimərliklərə rahat şəkildə gedib gələ bilərlər. Eyni zamanda qeyd etmək istərdim ki, yay mövsümündə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Mərdəkan çimərliyinədək daha rahat formada getməsini təmin etmək üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti bərpa edilib. Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək.”
Gülçin Qorxmaz
Demokrat.az