Bağ evlərinin yay qiymətləri əl yandırır — MÜSAHİBƏ

BİZNES 16 iyn 2022, 11:42
Yay mövsümündə müəyyən qisim insanlar istirahət üçün bölgələrə üz tutur. Bununla yanaşı, dincəlmək üçün Bakını seçənlər də az deyil. Dincəlmək üçün ən əlverişli məkanlar arasında bağ və həyət evləri üstünlük təşkil edir. Mövsümlük kirayə verilən bu evlərin qiyməti isə hər il dəyişir. 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirir ki, bu il də bağ evlərinin satış və kirayə qiymətlərində artım müşahidə olunur:

“Kirayədə mövsümi xarakter daşıyır. May ayının sonlarından, əslində, 3-cü dekadasından təzyiq başlayır və bu iyun-iyul aylarında davam edir. Avqust aylarında sönməyə doğru gedir. Bu ayın birinə olan məlumata görə, bağ evlərinin satış qiymətlərində 4 faizə yaxın azalma ilə müşahidə edilib. Amma kirayəsində isə 2 faiz artım müşahidə edilir. Bu Bakı şəhərinə aid statistikadır.”



Ekspertin sözlərinə görə tələbat, əsasən, hovuzu və bağçası olan evlərədir. Əsasən istirahət zonasını əhatə edən və paytaxta yaxın olan ərazilərdə kirayə evlərin qiyməti baha təklif olunur. Aylıq kirayə haqlarına gəlincə…:

“Əgər may ayında Gəncə istirafət zonalarında- Göygöl tərəfi və ya Toğanalı tərəfdə evləri gündəlik 50 manatdan təklif edirdilərsə, mövsüm vaxtı gündəlik 70-100 manat civarında dəyişir. Yəni daha baha olur. Amma aylıq müxtəlif evlər var, məsələn 300 manata da təklif  edənlər var, 1000 manata, 1500 manata da təklif edənlər var. Daha çox Mərdəkan istiqamətində kirayələnir, yəni Mərdəkan, Şağan, Buzovna, Bilgəh, daha çox Bilgəhə üstünlük verirlər. Aylıq qiymətlər 15000-ə qədər arta bilir.”

Nüsrət İbrahimov onu da əlavə etdi ki, regionlarda qiymət artımı əsasən iyun ayının ikinci yarısından başlayır. Yəni hazırki qiymətlər növbəti günlərdə bir qədər də bahalaşa bilər. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top