KİV: “Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədirlər”

REGİON 16 iyun 2022, 09:48
Almaniyanın kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər ediblər.

Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.

“Avropa liderləri artıq Ukrayna ərazisindədirlər”, - səhər xəbər buraxılışının aparıcısı bildirib.

Qeyd edək ki, daha öncə “Bild am Sonntag” nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən 3 Avropa liderinin Ukraynaya səfər edəcəyinə dair məlumat yaymışdı. Daha sonra jurnalistlər onların Ukraynanın paytaxtına iyunun 16-da səhər qatarla gəlməli olduqlarını öyrəniblər.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top