20 minə qədər tələbə, biletin qiyməti 400-500 manat...

GÜNDƏM 15 iyn 2022, 11:45
Azərbaycanın Türkiyədə 20 minə yaxın tələbəsi var. Təhsil xərcləri də bütünlüklə ailələrin üzərindədir. İndi imtahan dönəmidir, 5-10 günə gənclərin çoxu Azərbaycana qayıtmalıdır.

Quru yolu bilinməyən səbəblərdən bağlıdır, yalnız hava nəqliyyətı ilə gəlmək mümkündür. İstanbul və Ankaradan Bakıya uçaq biletləri 2 həftə öncə üçün 400-500, yaxın tarix üçün 600 manatdır. Bir tərəfli…

Gürcüstan Qırmızı Körpüdən Sarpa qısa yol çəkib. Çin şirkətləri 4- 6 zolaqlı yeni yolun tikintisini bitiriblər. Qazaxdan 3-4 saata Türkiyəyə çatırsan - Bakı-Gəncə qədər.

Azərbaycan quru sərhədlərini açsa, bu yol bilirsiz nə qədər insana rifah olar?

Avtobus reysləri ilə 50-60 dollara nə qədər tələbə üçün evə dönmək fürsəti yaranar?

Gürcüstan dünyanın 4 bir yanından gələn turistlərlə qaynayır... Nə formulaları var, nə hansısa festivalları. Kutaisi hava limanından Avropaya bilet 35-50 avrodur. O qədər reys var… Hara istəsən uç, hardan istəsən uç, Gürcüstana gəl.

Dağılmış Ermənistandan İstanbula uçaq bileti 50-70 dollardır. İrəvandan…!!!!

QURU SƏRHƏDLƏRİNİ AÇIN!!!

Aygün Muradxanlı (xezernews.az)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top