Sevinc Musayeva: “Məktəbdə oğlan kimi olmuşam”

ŞOU-BİZNES 14 iyun 2022, 18:15
Bu gün orta ümumtəhsil məktəblərində “Son zəng” keçirilir. Məktəb hər kəsin həyatında unudulmaz və xatirədolu illərdir. 

Bu xatirələri həzin-həzin dindirə bilən “Əziz müəllimim” mahnısının ifaçısı, müğənni Sevinc Musayeva məktəb illəri ilə bağlı təəssüratlarını Demokrat.az-a danışıb: 



“O zamanlar məktəblilərdə məsuliyyət daha çox idi, çox sərbəstlik yox idi. İndiki məktəblilər də yəqin ki, 20 il sonra öz məktəb həyatlarını belə təsvir edəcəklər. Bizim vaxtımızda məktəblinin telefonu yox idi, amma məktəb həyatı daha maraqlı idi. Düzdü, sərbəstliyimiz yox idi, amma bunu dərd hesab etmirdik. 



Ancaq dərs oxuyurduq, pis qiymət alanda qorxu, həyəcan yaşayırdılar. Bunu evdə açıb deyəməyə utanırdılar. Mən “Əziz müəllimim” mahnısını ifa edəndən sonra mənə dedilər ki, bəlkə də sən şagird olsaydın bu mahnını belə gözəl ifa edə bilməzdin, belə ürəkdən alınmazdı. Bəzən darıxıram məktəb illəri üçün. Hətta bəzən getmişəm təhsil aldığım məktəbə, amma o ab-havanı duya bilməmişəm. Deməli ki, o ab-havanı yaradan bizim dövrümüzün uşaqları imiş. Mən məktəbi 2000-ci ildə bitirmişəm. Artıq 22 il ötüb..”



Deyir ki, məktəbdə çox aktiv şagird olub. Eyni zamanda, yaxşı oxuyan və nümunəvi..:


“Məktəbdə həmişə sinif nümayəndəsi olmuşam. Çox aktiv şagird idim, qəzetlər çıxarırdım, özfəaliyyət dərnəyimizdə mahnılar ifa edirdim ,tədbirlərdə əsas iştirakçı kimi çıxış edirdim həmişə. Şəklim hər zaman “şərəf lövhəsi”ndə - əlaçıların sırasında olub. Mənim üçün məktəb həyatının hər günü maraqlı olub. Oğlan kimi olmuşam. Mənə heç kim bir söz deyə bilməzdi. Hətta bacımın sinif yoldaşları deyirdilər ki, “sən Aygünün qardaşısan.” Özü də mən ondan üç yaş balaca idim. Sadəcə, çox çılğın, oğlan təbiətli olduğum üçün yaşıdlarımdan fərqlənirdim.”
Unutqan şagird deyil Sevinc Musayeva. Sinif yoldaşlarını, müəllimlərini zamanla yada salır, gedib görüşür. Lakin səmimi olmayan münasibətləri də duya bilir...



“Sinif yoldaşlarımla yox, amma müəllimlərimlə görüşmüşəm. Direktorumuzun yubileyində müğənni kimi iştirak eləmişəm. Məni tapmaq asandı, bəzən instagramda yazırlar, danışırıq, əlaqə yaranır. Çoxu da toyunda, bacısının, qardaşının toyunda yazıb müğənni kimi çağırır ki, ifa edim. Sonra ağıllanmışam. Deyişəm ki, “ancaq sizə lazım olanda axtarmayın da, heç olmasa, adi vaxtlarda da yazın, danışaq, görüşək. Toydan-toya mən sizə lazımamsa, heç lazım olmayım.” 



Bu gün bir sinifdə, eyni stol arxasında oturan şagirdlər sabahın müəllimi, həkimi, müğənnisi, tanınmış, işgüzar adamlarıdır. Təhsil aldıqları müddətdə isə onları birləşdirən məktəbdi. Əsl dostluq, vəfa isə məhz o məktəb olmayanda- məktəb illəri bitəndən, illər keçəndən sonra sübutunu tapır...

Məktəb illəri bitsə də, məktəbdən uzaq düşsəniz də, elmdən və bir-birinizdən uzaq düşməyəsiniz, əziz məzunlar! 

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top