“Formula 1”ə görə Bakıya rekord sayda turist gəldi

TURİZM 14 iyn 2022, 11:06
Bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını artıb.

Rəsmi məlumata görə, konsertlər təşkil edilmədiyi halda, yarışa maraq böyük olub və biletlər yaxşı sayılıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top