Qəzəbli fil öldürdüyü qadının tabutuna da hücum etdi

DÜNYA 13 iyn 2022, 19:36
Hindistanda qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Maya Murmu adlı 70 yaşlı qadın quyudan su çəkərkən filin hücumuna məruz qalıb.

Ağır yaralanan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Edilən bütün müdaxilələrə rəğmən qadını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Qadın dəfn olunarkən onu öldürən fil qadının tabutuna da hücum edib.

Çətinliklə də olsa, fili uzaqlaşdırmaq mümkün olub və qadın dəfn olunub.

Qeyd edək ki, filin niyə belə davranması sirr olaraq qalır.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top