Araz Əlizadə: “Rusiya qırğına yol vermək istəmir”

GÜNDƏM 13 iyn 2022, 18:05
Artıq 4 aydır ki, Rusiya Ukrayna ilə müharibə edir. Bu qədər sanksiyalara, təcrid olunmalarına baxmayaraq Rusiya hələ də bu siyasətini davam etdirir. Qərbin Ukraynaya hərtərəfli dəstəyinə baxmayaraq, Rusiya hücumu bugünədək dayanmayıb.

Məsələyə münasibət bildirən  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, müharibə Ukrayna kapitulyasiya aktına imza atanadək davam edəcək:

“Hesab edirəm ki, bu müharibə hələ bir müddət çəkəcək. Çünki görünən odur ki, Rusiya bu məsələdə tələsmir. Bunun səbəbi isə odur ki, Rusiya çoxlu qırğına yol vermək istəmir. Yəni, bir var müharibə ehmalca getsin, bir də var tələsik. Tələsik müharibədə çoxlu adamlar qırılır”. 

Partiya sədri vhesab edir ki, müharibə bitdikdən sonra Ukrayna iki hissəyə bölünməyəcək, ancaq hakimiyyət dəyişikliyi olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top