"Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün..." — Reznikov

GÜNDƏM 12 iyn 2022, 22:55
"Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün çaxnaşma və qorxu səpməyə çalışır, lakin bu taktika nəticə vermir"

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu “ The Economist” nəşrinə müsahibəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib  .

Onun sözlərinə görə, Ukrayna xalqı  Rusiyaya heç vaxt ərazi güzəştinə getməyəcək.

“Onlar (Rusiya - red.) kifayət qədər xaos, panika və qorxu yaratmağa çalışırlar ki, bizi kapitulyasiya aktına imza atmağa məcbur etsinlər. Bu, işə yaramadı"

Reznikov vurğulayıb ki, hazırda Ukraynanın Rusiyanın təzyiqlərini dayandırmaq üçün Qərbdən təcili yardıma ehtiyacı var.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top