Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə etmək niyyətindədir

GÜNDƏM 12 iyn 2022, 21:51
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək məqsədilə gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir.

O, bu barədə Van vilayətində yerli gənclərlə görüşündə deyib.

“Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var. Amma biz bu həcmləri artırmaq istərdik. Biz təkcə özümüz üçün deyil, üçüncü ölkələr üçün də bu işlərdə iştirak edirik. Gələn həftə Zelenski və Putinlə mümkün addımları müzakirə edə bilərik”, -deyə dövlət başçısı qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top