Deputat: “Şuşa dünyanın ən gözəl, unikal şəhərlərindən birinə çevriləcək”

GÜNDƏM 11 iyn 2022, 16:31
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Milli Məclisin deputatı Tahir Rzayev Şuşa səfəri ilə bağlı təəssüratlarını Demokrat.az-a bölüşüb. 

“Sevindirici haldır ki, biz Şuşa Bəyannaməsinin qəbul olunduğu ərəfədə Şuşada oluruq və həqiqətən də, bu gün biz Şuşada quruculuq işləri ilə tanış olduq. Yol boyu görülən işlərə diqqət yetirdik. Həmçinin, Füzuli Hava Limanında da olduq və onunla bağlı çox zəngin təəssüratlarımız var. Bu gün Şuşa yenidən qurulur, tikilir və əlbəttə ki, bu, Şuşanın ən gözəl mədəniyyət mərkəzlərindən biri olmağına zəmanət verir. Sözsüz ki, burada yaxın günlərdə Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar əlavə tədbirlər də keçiriləcək. Bilirik ki, bu müqavilənin bağlanması iki ölkə arasında təhlükəsizliyin təmin olunması üçün çox vacib və əhmiyyətlidir.



Türkiyə-Azərbaycan birliyinin bir daha nümunəsidir. Və belə tədbirlərin keçirilməsi bizim əməkdaşlığımızı, dostluğumuzu, qardaşlığımızı sözsüz ki, daha da möhkəmləndirir və əlaqələri daha da genişləndiirr. Bu gün burada olmaq, işğaldan azad olunmuş regionları gəzmək və tanış olmaq elə bilirəm hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Əlbəttə ki, bir deputat olaraq bu məndə də çox böyük bir qürur doğurur”. “Çünki biz 30 il Şuşanın, işğal altında olan torpaqlarımızın azadlığının həsrəti ilə yaşamışıq və ağrılı günlər keçirmişik. Fəxr edirik ki, bu gün torpaqlarımız azaddır və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında, bizim igid oğlanlarımızın şücaəti ilə bu torpaqlar azad olunub. Biz bunu iclasda da qeyd etdik və şəhidlərin ruhuna dualar oxuduq. Biz qazilərimizi yad etdik. Çıxış edən bütün deputat həmkarlarım da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə öz münnətdarlığını ifadə etdilər. Əlbəttə ki, Şuşada olmaq qürur doğurur. Biz əminik ki, görülən işlər daha da genişlənəcək və nəinki Azərbaycanın mədəniyyət paytaxtına, dünyanın ən gözəl, unikal şəhərlərindən birinə çevriləcək. Buna Cənab Prezident də zəmanət verir və o çıxışlarında bildirir ki, işğaldan azad olunmuş bütün regionlar cənnətə çevriləcək. Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top