"Ukraynanın milli təhlükəsizliyinə təhlükə törədən Krım körpüsü mütləq dağıdılacaq..."

GÜNDƏM 10 iyn 2022, 22:11
"Rusiya Krım körpüsündən öz ordusunu yeni bölmələrlə möhkəmləndirmək üçün istifadə edir"
 
"Krım körpüsü Ukraynanın milli təhlükəsizliyinə təhlükə törədir"
 
"Krım körpüsünü dağıtmaq üçün bir ay ərzində onu raketlərlə dəlmə-deşik etmək, ən başlıcası onun funksionallığına son qoymaq lazımdır"
 
Ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarını Rusiyanın işğal etdiyi Krım yarımadası ilə birləşdirən Krım körpüsünə zərbə endirməlidir.

Moderator.az xəbər verir ki, bu barədə o, "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona verdiyi müsahibəsində bəyan edib.
 
Hazırda Rusiya Krım körpüsündən öz ordusunu yeni bölmələrlə möhkəmləndirmək üçün istifadə edir.
 
Düşünürəm ki, bunu mütləq etmək lazımdır. Mən anlayıram, biz onu bir ay dağılanadək raketlərlə dəlmə-deşik etməliyik...Lakin onu zədələyə və körpü kimi fəaliyyətinə son qoya bilərik", - Jdanov deyib.
 
Onun sözlərinə görə, Ukrayna körpünün dəmiryol hissəsini dağıtmalı və onun üzərindən avtomobil hərəkətinin məhdudlaşdırılması üçün hər şey etməlidir.
 
"Ola bilər ki, körpünün yol hissəsinə toxunulmasın, amma nəqliyyat açılışlarına-giriş və çıxışa zərbələr endirilməli və onlara atəş rejimində nəzarət edilməlidir. Amma dəmiryol xəttini mənz körpünün üzərində zədələmək lazımdır, çünki körpüdə təmir-bərpa işlərinin aparılması çətinləşəcək", - ekspert izah edib.
 
Kontekst:
 
Kerç boğazından keçən körpü Rusiya tərəfindən Krım ilhaq ediləndən sonra tikilməyə başlanıb. 
 
Onun üzərindən avtomobil hərəkəti 2018-ci ildə, dəmiryolu hərəkəti isə 2019-cu ildə açılıb.
 
Ukrayna hakimiyyəti bu körpünü milli təhlükəsizik üçün təhlükə adlandırıb. 
 
Ukrayna və Qərb ölkələri körpünün tikintisinə cəlb edilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
 
2022-ci ilin aprelində Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Ukraynanın Silahlı Qüvvələri imkan olarsa Krım körpüsünə zərbə endirə bilər.
 
Kreml Danilovun bu bəyanatını "terror aktının anons edilməsi" adlandırıb.
 
Ukrayna Daxili İşlər Nazirinin müşaviri Viktor Andrusev deyib ki, Krım körpüsü mütləq dağıdılacaq, "məsələ bunun nə zaman baş verəcəyindədir".
 
"QORDON" nəşrinə aprel ayında verdiyi  əvvəlki müsahibəsində Jdanov deyib ki, hələlik Ukraynanın Krım körpüsünü məhv etmək üçün lazımi silahı yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top