Xanəndə Ehtiram Hüseynov Laçında... — VİDEO

İNCƏSƏNƏT 10 iyn 2022, 12:55
Dağlar qoynundakı Ərikli, Qurdqajı, Hacısamlı kəndləri... İşğaldan azad edilmiş Laçın rayonunun füsunkar guşələri...

Tanınmış xanəndə, əməkdar artist Ehtiram Hüseynov ermənilərin viran qoyduğu doğma yurdun ziyarətinə gəlib. Uca dağlar başında özünəməxsus şirin, məlahətli səslə sanki o yerlərin öz sakinlərindən incikliyini ifadə edir: “Küsdürmüsən ey, gəl, könlümü al, yarım...”  Yox, daha küskünlük yoxdur! Ali Baş Komandanın siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşməndən döyüşsüz geri alınan Laçına qayıtmağımıza çox az qalıb... 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin muğam ustasının otuz ildən sonra doğma yurdla görüşünə həsr etdiyi videoçarxı təqdim edirik.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top