Fransada “Kinder” şokoladlarına görə təhqiqat başladı

DÜNYA 09 iyn 2022, 23:26

“Ferrero” şirkətinin Belçikada istehsalı etdiyi “Kinder” şokoladlarında aşkar edilmiş salmonellaya görə Parisdə təhqiqat başlayıb.

 Paris prokurorluğunun açdığı cinayət işində istehsalçı başqasının həyatını təhlükədə qoymaqda və müştəriləri aldatmaqda ittiham edilir.Qeyd edək ki, apreldə “Ferrero” şirkəti Belçikada isrtehsal etdiyi şokoladlarda Salmonella bakteriyası aşkar edildiyi üçün satışı dayandırıb. Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatına görə, artıq İttifaqda 324 nəfərdə salmonella aşkar edilib./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top