Dilçiliklə bağlı yeni kitab: "...Normativ punktuasiya"

SOSİAL 08 iyn 2022, 23:18
Təhsil eksperti Nabatəli Qulamoğlunun dilçiliklə bağlı yeni kitabı nəşr olunub.

"Müasir Azərbaycan dilinin normativ punktuasiyası" adlanan monoqrafiyada dilçiliyin əsas problemlərindən olan punktuasiya (durğu işarələrinin düzgün işlədilməsi) məsələlərinə geniş yer verilib.

İndiyə qədər Azərbaycan dilçilik elmində bu sahə ayrıca bölmə kimi işlənilməyib. 

Nabatəli Qulamoğlu (Pələngov) bundan öncə də "Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” adlı elmi monoqrafiya yazıb. 

Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarına əsasən, nəşr olunub.

"Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımov, rəyçiləri professorlar Qara Məşədiyev, İsmayıl Kazımov və İsmayıl Məmmədlidir. 




Arqument.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top