Salyanda “Gender bərabərliyi” mövzusunda təlim keçirildi — FOTOLAR

SOSİAL 08 iyn 2022, 15:23
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi" mövzusunda təlim keçirilmişdir.

Demokrat.az xəbər verir ki, ilk öncə Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev iştirakçıları salamlayaraq bildirdi ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında  durur. 

Gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar,  o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır.

Təlimin keçirilməsində də əsas məqsəd gəncləri gender problemi və gender bərabərliyinin təmin olunması  barədə məlumatlandırmaqdır.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva çıxış edərək bildirdi ki, müasir dövrdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Əksər dünya ölkələrində bu sahədə bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və cinsi özəlliyinə görə fərqlər qoyulmasına görə müəyyən addımlar atılıb, mühüm beynəlxalq sənədlər müəyyən edilib. 

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva  təlimə başladı. Təlimin  sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı. 




Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top