Xızıda kişi arvadını işgəncə verərək öldürdü

KRİMİNAL 08 iyn 2022, 11:19
Xızı rayonunda qətl törədilib.

Demokrat.az xəbər verir ki, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib. Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top