Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirildi — VİDEO

HƏRBİ 07 iyun 2022, 14:08
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top