Gəncədə qısqanclıq zəminində növbəti QƏTL

HADİSƏ 04 iyn 2022, 18:59
Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.
Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın xəstəxanada keçinib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top