Böyük Dəbilqə: Bu gün Azərbaycanın daha 3 cüdoçusu çıxış edəcək

İDMAN 04 iyn 2022, 10:01
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.

Demokrat.az xəbər verir ki, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən başlayacaqlar.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev 1/16 final mərhələsində türkmənistanlı İlham Kemalovla üz-üzə gələcək.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini, Elcan Hacıyev isə qırğızıstanlı Vladimir Zoloyevi sınağa çəkəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top