Ukraynada “Reuters”in iki jurnalisti yaralandı

GÜNDƏM 03 iyn 2022, 22:24
Ukraynanın Severodonetsk şəhərinə gedən "Reuters” agentliyinin iki jurnalisti atəşə tutulub.

Demokrat.az bildirir ki, bu barədə CNN-ə  agentliyin sözçüsü məlumat verib.

Məlumata görə, "Reuters"in iki jurnalisti - fotoqraf Aleksandr Yermoçenko və kameraman Pavel Klimov atəş zamanı yüngül xəsarət alıblar.

Onlar Rusiyanın dəstəklədiyi separatçıların verdiyi avtomobildə olublar. Atəş zamanı maşının sürücüsü həlak olub.

Hələlik hadisə ilə bağlı təfərrüat açıqlanmayıb.
Hazırda Severodonetsk yaxınlığında Ukrayna ilə Rusiya hərbçiləri arasında şiddətli döyüşlər davam edir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top