Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 03 iyn 2022, 17:10
Azərbaycanda son sutkada 1 917 nəfər vaksinasiya olunub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 199 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 255-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 137 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 730 2069, birinci doza peyvəndlərin ümumi sayı 5 348 845 , ikinci doza vaksinlərin sayı 4 849 599 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 285 415, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 347 olub.



Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top