Azərbaycanda ən çox satılan avtomobil markaları — SİYAHI

AVTO 03 iyn 2022, 16:44
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3 111 ədəd yeni avtomobil satılıb.

“APA-Economics”in məlumatına görə, satışların həcmi üzrə “Toyota” yenə liderliyini qoruyub.

Azərbaycanda Yaponiya avtomobil markası üzrə bu ilin dörd ayında 739 avtomobil satılıb. Satışların həcminə görə, Cənubi Koreya markaları “Hyundai” ikinci (578 ədəd) və KİA isə üçüncü (345 ədəd) olub.

Rusiyadan avtomobillərin idxalı ilə bağlı problem yaşayan “Lada” aprel ayında satış həyata keçirməsə də, marka əvvəlki ayların satışlarına görə siyahıda dördüncü olmağı bacarıb və ümumi satışların həcmi 268 avtomobil təşkil edib.

Fevral və mart aylarında realizasiyası azalan “Mitsubishi” isə aprel ayında satışlarını artıra bilib (187 ədəd) və ümumi siyahıda ilk beşliyə daxil olub.

2022-ci ilin yanvar-aprel aylarında ən az satılan avtomobillər isə “Genesis”, “Jaguar” və “Alfa Romeo” olub. Bu markalar üzrə cəmi bir avtomobil satılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top