Hacıqabulda növbəti səyyar qəbul-görüş keçirildi — FOTOLAR

SOSİAL 03 iyn 2022, 13:37
İyunun 2-də təsdiq edilmiş qrafikə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhərinin Xəqani, C.Cabbarlı və M.Əsədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Demokrat.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. 

Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Məlik
Demorkat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top