Bloger: “Gecə klubunun sahibi mənə dəyən ziyanı ödəmir“

GÜNDƏM 02 iyn 2022, 19:20
Aprel ayında Bakıdakı “Location” gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova məkanın sahiblərindən şikayət edib.

Bu barədə o, “İnstagram” hesabından açıqlama yayıb.

Bloger  bildirib ki, məkan sahibi müalicənin pulunu ödəməyib:

“Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı ödəmir.

Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan… Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər ki, 15 gün möhlət verin, amma artıq 1 ayı keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını alarlar.
İki telefonum yanğın zamanı yanıb, eyni zamanda da bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get, hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı ödəmək istəmirlər”. /Yenisabah.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top