DİN-dən Sabirabadda IX sinif şagirdinə toy edilməsinə REAKSİYA

HADİSƏ 01 iyn 2022, 17:23
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.

"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsi ilə bağlı məlumat yayılmışdı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top