Əməkdar artist: “Uşaq pulu” kupon deyil, pul şəklində verilsə, daha yaxşı olar”

İNCƏSƏNƏT 01 iyn 2022, 14:21
“Ailəmizdə altı uşaq, əlbəttə, “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Hər şey bahalaşır və bu pul ayrılarsa, ailələrə uşaqların ehtiyaclarını ödəmək üçün müəyyən dərəcədə köməklik olar. Bahalaşma fonunda insanlar nə etməlidirlər ki?!”

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Əməkdar artisti Mehriban Xanlarova deyib.

“Uşaq pulu”nun verilməsi formasına gəlincə, hər hansı kupon deyil, məhz pul şəklində verilsə, daha yaxşı olar. Çünki uşağın hansı ehtiyaclarının olmasını yalnız onun valideyinləri dəqiq bilə bilər. Əgər bu pul fərqli formada təqdim olunsa, kim nə biləcək axı uşağım nə geyinməlidir, nə alınmalıdır ona, nə yeməlidir? Yəni daha əvvəl də qeyd etdiyim ki, müşahidə olunan bu bahlaşmanın fonundan “uşaqpulu” bərpa olunsa, yaxşı olar” – M.Xanlarova qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top