Həcc ziyarətinin qiymətinin artmasının səbəbi açıqlandı — VİDEO

SOSİAL 01 iyn 2022, 10:01
Zəvvarların sayı azaldılıb, xərcləri isə çoxalıb.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymətlər artıb. Belə ki, bu il bir nəfərin səfəri 9 min 95 manata başa gələcək. Bu rəqəm 2020-ci ildə 7 min 633, 2019-cu ildə isə 7 min 284 olub. Ancaq qiymətlərdən fərqli olaraq həcc ziyarətinə gedənlərin sayı azaldılır. Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Salman Musayev deyir ki, səfərə qoyulan say məhdudiyyəti mövcud pandemiya şərtləri ilə əlaqədardır.
 
Sədr müavini bildirir ki, qiymət artımının səbəbi dünyadakı ümumi bahalaşmadır. Bundan əlavə, Səudiyyə Ərəbistanının tələbləri də çoxalıb. Belə ki, əvvəlki illərdə sağlamlıqla bağlı prosedurlar ödənişsiz həyata keçirilsə də, bu il sözügedən xərclər də səfər qiymətlərinə daxil ediləcək.

Qeyd edək ki, həcc ziyarəti iyunun 24-dən iyulun 20-ə qədər həyata keçiriləcək. Zəvvarların qeydiyyatına isə mayın 25-dən başlanıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top