Azərbaycanda yeni mədəniyyət portalı fəaliyyətə başladı — FOTOLAR

MƏDƏNİYYƏT 31 may 2022, 15:20
Azərbaycanda "Azculture.az” adlı yeni mədəniyyət portalı fəaliyyətə başlayıb. 

"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi (GSİİYİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Mədəniyyətimiz İrsimizdir" layihəsi çərçivəsində yeni mədəniyyət portalı fəaliyyətə başlayıb. 

"Azculture.az” Azərbaycanın mədəniyyət irsini geniş kütlələrə çatdırmaq, ölkəmizin mədəniyyət həyatında baş verən yenilikləri təqdim etmək istiqamətində çalışan azsaylı portallardan biridir. 

11 bölmədən ibarət olan  portalda gündəlik olaraq tetrlarımıza, kinomuza, muğamımıza, xalçaçılıq ənənələrimizə, multikultural dəyərlərimizə, Qarabağdakı irsimiz və mədəniyyətimizə aid informasiyalar yayımlanır. 

Saytın eyni zamanda bütün sistemlərdən dəstəklənən "mobile" versiyası da fəaliyyət göstərir. 

Bununla yanaşı "Azculture.az”da şanlı qələbəmizin ardından geri qaytarılan torpaqlarımızdakı multikultural dəyərlərlə bağlı, Qarabağın etnoqrafik vəziyyəti ilə bağlı araşdırma yazıları və elmi məqalələr dərc edilir. 

"Azculture.az”da Şuşa ilinə həsr edilmiş "ŞUŞA 2022" bölməsi də fəaliyyət göstərir ki, bu da Şuşa ilə bağlı bütün xəbərlərin bir bölmədə toplanmasınə və bu mövzuda yeniliklərin tez bir zamanda çatdırlmasına xidmət edir. 



Məlik
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top