Eynulla Fətullayev briqada generalı ilə Dnestryanı bölgəyə yaxınlaşdı — VİDEO

GÜNDƏM 31 may 2022, 10:33
Rusiya ordusunun Ukraynanın cənub cəbhəsində hücumu faktiki olaraq Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olan separatçı Dnestryanı bölgədə təxribatlara səbəb olub. 

Demokrat.az xəbər verir ki, bir neçə gün əvvəl separatçı hakimiyyət Moldova xüsusi xidmət orqanlarını “respublika ərazisində terror aktlarının təşkili”ndə ittiham edib. Bunun ardınca Rusiya “sülhməramlı kontingenti” separatçı ordu ilə birlikdə tam döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Aparıcı analitiklərin fikrincə, Dnestryanı bölgənin Rusiya-Ukrayna münaqişəsində iştirakı zaman məsələsidir və bu, daha çox rusların Dnepr istiqamətində və təbii ki, Ukrayna-Moldova sərhədində irəliləyişindən asılıdır.

"Haqqin.az" reportyor qrupu Moldovadan hadisələri işıqlandırmaqda davam edir. “Jurnalist Eynulla Fətullayevin söhbətləri”nin yeni buraxılışını oxucu və izləyicilərin diqqətinə çatdırılıb. Azərbaycanlı jurnalist, briqada generalı, Moldovanın keçmiş müdafiə naziri Vitali Marinutsunu Dnestryanıya səfərə və mümkün hərbi əməliyyatların risklərini qiymətləndirməyə dəvət edib.

Dnestryanı bölgədə olan jurnalistin reportajını diqqətinizə təqdim edirik:

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top