Aqil Abbas: “Xalq artisti fəxri adı niyə ləğv edilsin ki?”

GÜNDƏM 30 may 2022, 14:08
“Dünyanın bütün ölkələrində fəxri adlar var. Sovetdən qalan hər şeyi ləğv etsək, onda belə çıxır ki, Azərbaycanı təzədən tikək, çünki şəhərdə olan bir çox binalar da sovetdən qalıb. Bu elə belə deyilmiş bir sözdür. Xalq artisti fəxri adı niyə ləğv edilsin ki? O, xalqın yolu ilə gedib, mədəniyyətdə, incəsənətdə böyük işlər görübsə və onu dövlət qiymətləndiribsə, bu, niyə ləğv olunsun?”

Bunu Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas Xalq artisti fəxri adının ləğvi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, belə fikirlər insanları yormaq üçündür: “Biri deyir, filan şeyi ləğv edək, o biri deyir, başqa şeyi. Bu mümkün deyil…”

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top