Bakıya toya gələn qohumlar qəzaya düşdülər

HADİSƏ 28 may 2022, 22:25
Bakı-Ələt yolunun 54-cü km-də avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top