Makron və Şoltsdan Putinə TƏLƏB

GÜNDƏM 28 may 2022, 21:30
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putindən Mariupoldakı “Azovstal” zavodunda əsir götürülən 2500-ə yaxın ukraynalı hərbçini azad etməyi tələb edirlər.

Demokrat.az “ Ukrinform”a istinadən  xəbər verir ki, bu barədə Yelisey sarayı onların telefon danışığının nəticələrinə əsasən məlumat yayıb.

“Respublika prezidenti və Almaniya kansleri Rusiya hərbçiləri tərəfindən əsir götürülmüş 2500-ə yaxın “Azovstal” müdafiəçisinin azad edilməsini tələb edirlər”, - bəyanatda deyilir.

Leyla
Demokrat.az


.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top