Yenidən ata olan aktyorun övladına verdiyi ad hər kəsi duyğulandırdı — FOTOLAR

ŞOU-BİZNES 28 may 2022, 18:59
Türkiyənin məşhur aktyoru Tolqa Karel 4-cü dəfə ata olub.

Demokrat.az xəbər verir ki, bir ay öncə atasını itirən Tolqa yeni doğulan övladına atasının adını verib.

O, sosial şəbəkədə duyğularını bu cür ifadə edib: "Rəbbim atamı əlimdən aldı, amma ona çox bənzəyən oğlumu mənə verdi. Məzarında rahat yat, ata. Biz ona baxdıqca səni xatırlayacağıq".

Tolqanın bu addımı onu sevənlərini çox duyğulandırıb.

Qeyd edək ki, Tolqa 2015-ci ildən azərbaycanlı model Günay Musayevadan boşanaraq ABŞ-a köçüb və 2016-cı ildə orada yenidən evlənib.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top