Deputat: “1918-ci ildə qazandığımız müstəqilliyimiz bu gün etibarlı əllərdə qorunur”

GÜNDƏM 28 may 2022, 16:47
“28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Bu tarix ölkəmizin, xalqımızın həyatına böyük hadisə kimi daxil olub”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, bununla Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil Respublika yarandı:

“Bu tarixdə Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Çox təəssüf ki, bu müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Buna baxmayaraq, müstəqilliyini qazanan bir ölkə kimi Azərbaycam dünya dövlətləri içərisində özünü tanıda bildi və bir çox vacib məsələlərin həllinə nail olundu. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq”.

“Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Qeyd edim ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınır. Bütün bunlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasətin nəticəsidir”.

V.İskəndərov qeyd edib ki, bu gün Prezident İlham Əliyev böyük iqtisadi layihələrə imza atıb:

“Bu gün demək olar ki, Azərbaycan regionun lider dövlətidir. Yeni geosiyasi anlamda şərtlər diqtə edən tərəfdir. Artıq heç bir ölkə Azərbaycanla diqtə dili ilə danışa bilməz və bu, bizim qazandığımız ən böyük uğurlardan biridir. 1918-ci ildə qazandığımız müstəqillik bu gün etibarlı əllərdə qorunur, inkişaf etdirilir.Heç şübhəsiz ki, bundan sonra da Azərbaycanı çox böyük uğurlar və  nailiyyətlər gözləyir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top