Deputat: “Dünya bir daha iki qardaş ölkənin bir amal uğrunda mübarizə apardığının şahidi olacaq”

GÜNDƏM 28 may 2022, 15:30
“Azərbaycanın Müstəqillik günündə qardaş Türkiyənin rəhbərinin ölkəmizə səfəri bizə çox böyük bir ehtiramdır”.
 
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib. 

“Türkiyə həmişə Azərbaycanın milli maraqlarının qorunmasında bizimlə yanaşı ön cəbhədə olub. Vətən müharibəsində siyasi cəhətdən Azərbaycanın ən güclü və hərtərəfli müdafiə edən Türkiyə olub, onun prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Onun bu gün səfər etməsi, milli bayramınızı Azərbaycanla birlikdə qeyd etməsi Azərbaycana verilən böyük bir şərəfdir. Yəqin ki, hər ikitərəfli məsələlərin müzakirəsi, beynəlxalq birlikdə hər gün dəyişən situasiyanın müzakirəsi iki dost-qardaş prezidentin müzakirə mövzusu olacaq. Bu görüş münasibətlərimizi daha da möhkəmləndirəcək, əməkdaşlığın yeni sahələrini tapmağa və dərinləşdirməyə kömək edəcək. Və dünya bir daha iki qardaş ölkənin bir yerdə olduğunu, bir amal uğrunda mübarizə apardığının şahidi olacaq”.  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top